Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"ı qəbul edəcək

Hazırda oxunan: Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"ı qəbul edəcək

71617

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, bu raundun ikinci matçında İngiltərə "Liverpul"u İspaniyanın "Vilyarreal" klubunu qəbul edəcək. "Enfild" stadionundakı görüşü polşalı Şimon Marçinyak idarə edəcək. Laysmanlar Pavel Sokolnitski və Tomaş Listkeviç, 4-cü hakim isə sloveniyalı Slavko Vinçiç olacaq.
 

Qarşılaşma öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlardan isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

28 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul, "Enfild" stadionu

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"yə uduzub - 3:4.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin