Azərbaycanlı aktrisadan kişi həmkarlarına QARĞIŞ: "Daşım düşsün onların başına"

Hazırda oxunan: Azərbaycanlı aktrisadan kişi həmkarlarına QARĞIŞ: "Daşım düşsün onların başına"

71561

“Filminin birinci hissəsi Bakıda, ikinci hissəsi ilə İstanbulda çəkildi. Mən, Cemal Hünal və Yılmaz Qruda ilə baş rolları paylaşırıq. “Yalnış anlama” filmində mənimlə bərabər Azərbaycandan İslam Mehrəliyev və Elcan Rəsulov da rol alıb.

Bu filmə qədər bir neçə ekran əsərində rol almışam, amma çox arzu edirdim ki, Türkiyədə də filmə çəkilim. Bu filmə çəkilməyim ilə bağlı isə söhbətlər çoxdan var idi. Çünki mənə demişdirlər ki, “Yalnış anlama”nın ikinci hissəsində sizi görmək istəyirik. Anidən əsərin çəkilişlərinin başlaması ilə bağlı təklif gəldi. Çox sevindim ki, Azərbaycanı və onun mədəniyyətini Türkiyədə bu filmlə təmsil edəcəyəm. Aktrisalıq qabiliyyətimi çox bəyəndilər.

Bizim aktyorlarımızı əsasən epizodik rollara dəvət edirdilər, məni isə baş rola çəkməkləri qürur verici oldu. Türk mediası da mənə çox böyük diqqət göstərdi. Cemaldan və Yılmaz bəydən mənimlə bağlı fikirlərini aldılar. Artıq yeni çəkiləcək filmlə bağlı təkliflər də var”.


Bu sözləri Bizim Media-nın əməkdaşı ilə söhbətində gənc və istedadlı aktrisa Gülşən Hüseynli deyib. “Yalnış anlama-2” filmində baş rola çəkilən aktrisa onu bu işinə pəl vurmağa çalışan kişi həmkarlarını da ifşa edib.  

“Həyatda “salam-sağol” vermədiyim aktyorlardan, münasibətim olmadığı insanlardan sərt təpkilər gəldi. Badalaq vurmağa çalışdılar ki, mən “Yalnış anlama” filmində olmayım. Bunu edən isə xanım yox, bəy həmkarlarım oldu. Əsl dəhşət elə budur.

Mənim qardaşım olub, arxamda dəstək durmaqdansa, əllərindən gələni etdilər ki, təki bu layihədə olmayım. Gülşənin daşı ağırdır, düşüb kişi həmkarlarımın başına.

Hətta filmin heyəti mənə söylədi ki, sizin haqda o qədər bizə məlumat vermişdilər ki, qorxduq siz baş rolun öhdəsindən gələ bilməyəcəksiz. Amma hər şey tərsinə oldu. “Onlar axı sizdən nə istəyirlər? Sizə paxıllıq edirlər, heç kimə güvənməyin. Yaxşı ki, baş rola sizi çəkdik. Gözümüzlə gördüyümüzə inandıq, onların sözlərinə yox”. Təəssüf ki, belə adamlarla bu camiyyəni paylaşırıq”. 

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin