Milli Məclis “Sərhəd mühafizə orqanları haqqında” Qanuna dəyişikliyi qəbul edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında müzakirə aparılıb.
Layihə ilə bağlı çıxış edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov xatırladıb ki, Prezident İlham Əliyevin 17 avqust 2021-ci il tarixli fərmanı ilə “Dövlət Sərhəd Xidmətinin Əsasnaməsi”nə və "Dövlət Sərhəd Xidmətinin strukturu"na dəyişiklik edilib.
Həmin dəyişikliyə müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinə xüsusi hava əməliyyatları qüvvələri də əlavə olunub.
“Sərhəd mühafizə orqanları haqqında” Qanuna da buna uyğun dəyişiklik ediləcək. İndiyə kimi çevik hərəkət qüvvələri, Sahil Mühafizəsi, sərhəd nəzarətindən ibarət olmaqla Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığı təmin edilirdi. Dəyişikliklə bura xüsusi hava əməliyyatları qüvvələri də əlavə olunur.
Layihə səsə qoyularaq, bir oxunuşda qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:23 / 26.04.2022
Sərhəd mühafizə orqanları ilə bağlı qanuna DƏYİŞİKLİK
Hazırda oxunan: Sərhəd mühafizə orqanları ilə bağlı qanuna DƏYİŞİKLİK
Hazırda oxunan: Sərhəd mühafizə orqanları ilə bağlı qanuna DƏYİŞİKLİK
71530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.