“Aparılan mübarizənin bir hədəfi var. O da dövlət büdcəsidir. Oğurlamaq istəyən dövlət büdcəsindən oğurlayır. İstər Hesabalama Palatasının, istərsə də Korrupsiya ilə Mübarizə idarəsinin apardığı yoxlamalarda mənbə dövlət büdcəsididir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Siyavuş Novruzovun kredit faizlərinin yüksək olması fikrinə REAKSİYA – “Bu elə parlamentin əlindədir”
Deputat fikirlərinin davamında dövlət büdcəsindən səmərəli istifadənin vacibliyini də qeyd edib:
“Dövlət büdcəsinin qorunması, saxlanması düzgün istifadə olunması, vətəndaşların sosial problemlərinin həllinə sərf olunması onun şəhid ailələrinə, qazilərə, ehtiyacı olan şəxslərə çatdırılması vacibdir. Həmin büdcədən sosial müavinətlər, ünvanlı yardımlar, tikilən evlər və keçmiş məcburi köçkünlərlə bağlı ayrılan vəsaitlərin mənbəyinə gedib çatması vacib amillərdəndir”.
Murad Əhmədov, Bizim.Media