“Cari ildə Gənclər və İdman Nazirliyində “Tokio-2020” Yay Olimpiya Oyunlarına və federasiyalara ayrılan vəsaitin auditi aparılacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatını təqdim edərkən səsləndirib.
Palatanın sədri əlavə edib ki, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarətinin təşkili vəziyyətinin araşdırılmasını da planlaşdırılır.
Vüqar Gülməmmədov cari ildə Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üçün gəlir və xərclərinin hesabatının auditinin aparılacağını da diqqətə çatdırıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:22 / 26.04.2022
Hesablama Palatası Gənclər və İdman Nazirliyində yoxlama aparacaq
Hazırda oxunan: Hesablama Palatası Gənclər və İdman Nazirliyində yoxlama aparacaq
Hazırda oxunan: Hesablama Palatası Gənclər və İdman Nazirliyində yoxlama aparacaq
71486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.