Yaponiyanın Kumamoto şəhərində hibrid formatda su resurslarının idarəçiliyinin təkmilləşdirilməsinə həsr olunmuş IV Asiya-Sakit Okean Su Forumu keçirilib.
Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Bildirilib ki, iclasda bir sıra ölkələrin dövlət başçıları, hökumət nümayəndələri, aparıcı beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Azərbaycanı təmsil edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Foruma onlayn formatda qoşularaq transsərhəd çayların idarə olunması ilə bağlı qonşu ölkələrlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyini vurğulayıb.
Eyni zamanda Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində Oxçuçayın kəskin çirklənməyə məruz qaldığını bildirib və bunun qarşısının alınmasında dəstək göstərilməsi məqsədilə beynəlxalq təşkilatlara və Forum iştirakçılarına çağırış edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:39 / 25.04.2022
Ermənistanın Oxçuçayı çirkləndirməsi beynəlxalq forumda qaldırılıdı
Hazırda oxunan: Ermənistanın Oxçuçayı çirkləndirməsi beynəlxalq forumda qaldırılıdı
Hazırda oxunan: Ermənistanın Oxçuçayı çirkləndirməsi beynəlxalq forumda qaldırılıdı
71380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.