Aprelin 25-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə bütün istiqamətlər, o cümlədən media azadlığı sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib.
Nazir, qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə aparılan işlər, qurbanları arasında jurnalistlərin də olduğu mina təhlükəsi və minaların təmizlənməsi işləri, habelə bölgədə etimadın quruculuğu sahəsində medianın rolu barədə məlumat verib.
Xanım Teresa Ribeiro Azərbaycana səfəri çərçivəsində zəngin proqramın təşkilini qeyd edib. ətraflı məlumatın təqdim edilməsinə görə nazir Ceyhun Bayramova təşəkkür ifadə edib.
Media azadlığının sülh və təhlükəsizliyin əsas elementi olduğunu qeyd edən nümayəndə, etimad quruculuğu tədbirləri çərçivəsində media nümayəndələrinin rolunu vurğulayıb və bu xüsusda ATƏT-in müvafiq dəstəyi göstərə biləcəyini bildirib.
Görüşdə tərəflər arasında dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:17 / 25.04.2022
Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşdü - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşdü - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşdü - FOTO
71359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.