BDU-nun “dələduz” əməkdaşlarına bəraət verildi

Hazırda oxunan: BDU-nun “dələduz” əməkdaşlarına bəraət verildi

71322

Bakı Apellyasiya Məhkəməsində xaricdə təhsil alan tələbələrin Bakı Dövlət Universitetinə (BDU) qəbul olunmasına köməklik etmək adı ilə dələduzluqda ittiham olunan universitetin hüquqşünası Tamella Çələbiyeva və onunla birgə ittiham olunan Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadənin barələrindəki hökmdən verdikləri şikayətə baxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Trend-ə vəkil Aqil Layic məlumat verib.

Vəkil bildirib ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Tamella Çələbiyeva və Ulduza Səfərzadənin barəsində ittiham öz təsdiqini tapmadığı üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların Bakı Dövlət Universitetinə qəbul edilməsi müqabilində külli miqdarda pul alınması ilə bağlı Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş Zaur Hümbətov, Bakı Dövlət Universitetinin hüquqşünası və müəllimi Tamella Çələbiyeva, BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Lakin istintaq müddətinə Zaur Hümbətov vəfat edib və onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamella Çələbiyeva və Ulduzə Səfərzadə cərimə cəzasına məhkum ediliblər.

Onu da qeyd edək ki, Tamella Çələbiyeva ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin idarə rəisi, general Natavan Mirvətovanın cinayət işi üzrə zərərçəkmiş şəxs olub. MTN tərəfindən onun telefonları qanunsuz dinlənilib.

Bundan başqa, cinayət işində təqsirləndirilən şəxs qismində tanınan, daha sonra vəfat edən Zaur Hümbətov Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun atasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin