Azərbaycanda sahibkarlıq sahəsində özəl sektorun payı açıqlandı

Hazırda oxunan: Azərbaycanda sahibkarlıq sahəsində özəl sektorun payı açıqlandı

71317

Azərbaycanda sahibkarlıqda özəl sektorun payı 84 faiz təşkil edir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

Onun sözlərinə görə, Sahibkarlar günü ilə bağlı İçərişəhərdə təşkil olunmuş sərgini post-pandemiya dövründə ən iri iqtisadi tədbir saymaq olar.

"Sərgidə təkcə Azərbaycandan deyil, həm də Ukrayna, Belarus və digər ölkələrdən sahibkarlar iştirak edir", - M.Musayev deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycan öz məhsullarını xaricdə fəal şəkildə təşviq edir.

"Bildiyiniz kimi, ölkəmiz dünyada neft ixracatçısı kimi məşhurdur. Amma son dövrlərdə Azərbaycan qeyri-neft ixracını təşviq edir və bugünkü gün biz bu sahədə ixrac göstəricilərinin sürətli artımının şahidi oluruq", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin