Xaçmazda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, bu il yanvarın 8-də rayonun Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
Aparılmış istintaqla zərərçəkmişin uzaq qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yivsiz ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Nail Mahmudov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:34 / 25.04.2022
Xaçmazda qohumunu güllələyən şəxsdən XƏBƏR var
Hazırda oxunan: Xaçmazda qohumunu güllələyən şəxsdən XƏBƏR var
Hazırda oxunan: Xaçmazda qohumunu güllələyən şəxsdən XƏBƏR var
71281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.