"Rusiya Azərbaycan və Ermənistana sülh danışıqlarında kömək edir" - Rusiya XİN

Hazırda oxunan: "Rusiya Azərbaycan və Ermənistana sülh danışıqlarında kömək edir" - Rusiya XİN

71269

"Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlara kömək edir və tərəflər arasında etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq əzmindədir”.

Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələr üzrə 4-cü İdarənin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya XİN: "Azərbaycanın tutduğu balanslı mövqeyi qeyd edirik"


“"Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasına kömək edirik . Rusiya tərəfi ümumi dil tapmaq, etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün Bakı və İrəvana hər cür kömək etməkdə davam etməkdə qərarlıdır . Eyni zamanda, biz üçüncü ölkələrin üçtərəfli səylərimizi tamamlaya biləcək və məntiqi geosiyasi oyunlara əsaslanmayan təşəbbüslərini alqışlayırıq”, - deyə Qonçar bildirib.

O qeyd edib ki, Rusiya , Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin icrası çərçivəsində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonradan demarkasiyası prosesinin başlanması da daxil olmaqla bir sıra vəzifələr həll edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin