“İraqdakı əməliyyatın birinci mərhələsi başa çatdı” - Hulusi Akar

Hazırda oxunan: “İraqdakı əməliyyatın birinci mərhələsi başa çatdı” - Hulusi Akar

71261

“Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyatın birinci mərhələsi başa çatıb. Əməliyyat İraqla sərhəddə təhlükə aradan qalxanadək davam edəcək”.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri ölkənin milli müdafiə naziri Hulusi Akar səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyənin F-16-lara ehtiyacı var” – Hulusi Akar 


​​​​​​​Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi daha əvvəl İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatda xüsusi təyinatlılar və Hərbi Hava Qüvvələri iştirak edib.

"İraqın şimalında başladılan "Pençe Kilit" əməliyyatı uzun bir hazırlıq mərhələsinə, lazımi qurumlar, təşkilatlar və qüvvələrlə koordinasiya prosesinə əsaslanır. Əməliyyat zonasında terrorçulara məxsus çoxlu mağaralar, sığınacaqlar və “qərargah” aşkar edilib. Bu baxımdan yalnız birinci mərhələ tamamlanıb”, - deyə Akar jurnalistlərə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin