Gülay Zeynallı: “Tonla kəsdiyim çörəyi məhv edə bilərəm” - VİDEO

Hazırda oxunan: Gülay Zeynallı: “Tonla kəsdiyim çörəyi məhv edə bilərəm” - VİDEO

71222

"Küsülü olduğum kişi həmkarımı danışdırmayacağam. Mümkün deyil. Boş-boş kimsə məndən inciyib, küsəndə çox pis oluram. Onun qarşılığında tonla kəsdiyim çörəyi məhv edə bilərəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Şourum" maqazin verilişinə müsahibəsində deyib.

Sənətçi duet ortağı Eldəniz Məmmədovla dost olduğunu desə də, lakin qarşı tərəf ondan küsərək, incik düşdüyü üzə çıxıb.

Gülay Eldənizlə olan küsülülüyü belə şərh verib.

"Duet ortağım var idi. Düzdür, hazırda mən onunla danışmıram. İncikliyəm. Hamısından yaxşı uzaqdan-uzağa "salam-sağol"dur. Boş-boşuna inciyib, küsmək lazım deyil insandan. Eldəniz Məmmədovun xətrini çox istəyirəm. O, mənim sənət yoldaşımdır, dostumdur. Hər zaman bir-birimizin xeyr-şərində iştirak edən insanlarıq. Biz düşmən deyilik. O məndən küsüb, inciyib".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin