ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Azərbaycanda səfərdədir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi tviterdə məlumat yayıb.
"24-29 Aprel tarixlərində Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi salamlayırıq. ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir", - paylaşımda deyilir.
Bizim.Media
We welcome Andrew Schofer, U.S. Department of State Senior Advisor for Caucasus Negotiations, to Baku April 24-29. The U.S. remains deeply committed to engaging bilaterally and multilaterally to promote a peaceful, democratic, and prosperous future for the South Caucasus.
— U.S. Embassy Baku (@USEmbassyBaku) April 24, 2022