İsmayıl Kaani ABŞ-ı hədələdi: “Süleymaninin qisası evinizdə belə alına bilər”

Hazırda oxunan: İsmayıl Kaani ABŞ-ı hədələdi: “Süleymaninin qisası evinizdə belə alına bilər”

7120

İran İnqilab Keşikçiləri Ordusunun ölkədən kənarda hərbi-kəşfiyyat fəaliyyətləri icra edən Qüds Korpusunun Komandiri general İsmayıl Kaani Kasım Süleymaninin intiqamının alınacağını bildirib.

Kaani verdiyi açıqlamada ABŞ-a müraciət edərək, "Evinizdə belə bu cinayətə görə qisa alacaq insanların olması mümkündür" deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Ruhani: ''Süleymaninin ölümündə onlar məsuliyyət daşıyır''



Bu barədə Kaani Tehran Universitetində general Qasım Süleymaninin ölümünün birinci ildönümü münasibətilə təşkil edilən anım mərasimində çıxışında qeyd edib. Xatırladaq ki, Qüds Korpusunun Komandiri olan general Qasım Süleymanı keçən il 3 yanvar tarixində ABŞ hava qüvvələri tərəfindən Bağdad yaxınlığında öldürülmüşdür.

Süleymaninin qətlində birbaşa ABŞ prezidenti Donal Trampı günahlandıran Kaani, mütləq şəkildə qisas alacaqlarını da sözlərinə əlavə edib.

Analitiklərin fikrincə, Kaaninin açıqlaması son günlərdə gərginliyin artdığı İran körfəzində mövcud vəziyyəti daha da qəlizləşdirəcək. İranın atacağı hər hansı addım, ABŞ tərəfindən çox sərt şəkildə cəzalandırılacaq. ABŞ prezidenti Donald Trampın hakimiyyətinin son günlərində İranla hər hansı bir toqquşmanın olacağı da istisna edilmir.

Diqqət çəkən digər məqam isə Kaaninin açıqlamasında ABŞ daxilində hər hansı terror fəaliyyətlərinin olacağına işarə vurmasıdır.

Əgər bu istiqamətdə İranın bir fəaliyyəti olarsa, terrorizmə qarşı mübarizə çərçivəsində müttəfiq qoşunları bu dəfə İranın sərhədli daxilində görünəcəklər,- deyə analitiklər qeyd edib. 

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin