“The Independent”: Rusiyada meşə yanır, söndürən yoxdur

Hazırda oxunan: “The Independent”: Rusiyada meşə yanır, söndürən yoxdur

71196

Sibirdə hər il baş verən meşə yanğınları ötən illə müqayisədə son vaxtlar iki dəfə artıb. 

Bizim.Media Britaniyanın “The Independent” nəşrinə istinadən xəbər verir ki, onu söndürmək xeyli çətinləşib.

Mənbə bunu insan resursunun çatışmazlığı ilə əlaqələndirir.

Xatırladaq ki, aprelin 18-də Rusiya mətbuatı bu il Sibirdə meşələrin vaxtından əvvəl alovlandığını yazıb. 

Təbii yanğınların tüstüsü Novosibirsk, Omsk və Krasnoyarskı bürüyüb.  Qeyd edilir ki, ilin əvvəlindən bu vaxta qədər təbii yanğınların sahəsi ötən illə müqayisədə iki dəfə artıb.

"Böyük yanğınları aşkar etmək üçün hərbi təyyarələr lazımdır, ancaq müharibə davam edərsə, bu qüvvələr yayda gələ bilər. Bu vaxtadək isə yanğın çoxalacaq  və personal qərb cəbhəsindən götürülərək Sibirə gətiriləcək”.

Mayami Universitetinin iqlim tədqiqatçısı Jessika Makkarti belə deyib.

Jurnalistlərin sözlərinə görə, meşə yanğınları artıq nəzarətsiz hala düşüb. Əvvəllər belə fövqəladə halların aradan qaldırılması ilə məşğul olan Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə köçürüldüyündən yanğınları dərhal söndürmək mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin