Qazaxda sel suları üçün nəzərdə tutulan kanal sıradan çıxıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində rayonun Qarapapaq kəndini su basıb.
Əraziyə rayonun polis bölməsinin əməkdaşları cəlb olunub. Onlar əhalinin su basmış ərazidən çıxarılmasına köməklik edib, əsasən evlərdə qalan azyaşlılar təhlükəsiz yerlərə köçürülüb.
Hazırda FHN-ın əməkdaşları su basan ərazidə lazımi tədbirlər görürlər.
Məqsəd Rəhimov, Bizim.Media