İsrailin maliyyə naziri bu gün Bakıya gələcək – Azərbaycan neftinin idxalı ilə bağlı SÖVDƏLƏŞMƏ

Hazırda oxunan: İsrailin maliyyə naziri bu gün Bakıya gələcək – Azərbaycan neftinin idxalı ilə bağlı SÖVDƏLƏŞMƏ

71158

İsrailin maliyyə naziri Aviqdor Liberman öz departamentinin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə bazar günü, aprelin 24-də Azərbaycana uçacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Ynet saytı məlumat yayıb.

Səfər zamanı İsrail nümayəndə heyəti üç məsələni müzakirə etməyi planlaşdırır:

külli miqdarda Azərbaycan neftinin İsrailə idxalı (bu vaxtadək Rusiya İsrailə ən böyük neft məhsulları tədarükçüsü idi, indi isə Azərbaycandan almaq qərara alınıb), dizel avtomobilləri, yük maşınları və avtobuslar üçün istifadə olunan karbamid idxalı (Karbamid bütün Avro 4 və Avro 5 SCR dizel mühərriklərində istifadə olunan xüsusi kimyəvi maddədir) və buğda idxalı.

Vesty.co.il xəbər verir ki, bu növ məhsulun İsrailə idxalının 30%-i Rusiya və Ukraynanın payına düşüb.

Qeyd olunur ki, söhbət çox milyard şekellik müqavilələrdən gedir. İsrail ümid edir ki, sazişlər nəinki imzalanacaq, həm də ən qısa zamanda həyata keçirilməyə başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin