“Artıq İnstagram səhifəm özümdədir. Çox yaxın dostlarım bu məsələ ilə bağlı narahat idi, hesabımı qaytardılar. İki gün mən çəkdiyimi Allah götürməzdi. Həmin adam indi məndən pul istəyir, deyir, səhifəni qaytardım".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Təranə Musayevanın bloger qızı Qumral sosial şəbəkə hesabında videomüraciət zamanı bildirib.
Sənətçinin qızı Türkiyədə naməlum şəxs tərəfindən öncə "İnstagram" hesabının oğurlandığını, hazırda isə özü və uşaqları ilə hədələndiyini açıqlayıb.
"Uşaqlarımla hədələyir, söyləyir ki, onların da, sənin də başına oyun açacam. Mən Türkiyədəyəm. İstədim ki, biləsiniz, hədələnirəm. Güya bizə Türkiyəni zindan edəcək. Hər yerdə qanun var. Fikirləşdim ki, dünəndən danışım, pul verim, səhifəmi qaytarsın. Amma etmədi, inanmadı, qaytarmadı”.
Rəşad Əliyev, Bizim.Media