Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, turun bütün matçları eyni gündə baş tutacaq.
Günün ilk matçında 55 xalla lider olan "Qarabağ" 35 xalla 4-cü sıradakı "Qəbələ"nin qonağı olacaq. "Köhlən atlar" qələbə qazansa, ölkə çempionluğunu vaxtından əvvəl rəsmiləşdirə bilər. Bunun üçün "Neftçi" "Səbail" səfərində xal itirməlidir.
Komandalar ölkə çempionatlarında 53 dəfə üz-üzə gəliblər. Bunların 28-də Ağdam təmsilçisi, 10-da meydan sahibləri qələbə qazanıb.
Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 83:43. "Qırmızı-qaralar" Premyer Liqada 15 oyundur qalib gəlmir. Qonaqlar isə son iki səfər görüşündə qol buraxmayıb.
Günün ikinci matçında avrokuboklara iddialı "Sabah" "Şamaxı"nı qəbul edəcək.
Paytaxt klubu 32 xalla 5-ci, əyalət təmsilçisi 20 xalla 6-cıdır. Bu, tərəflərin Premyer Liqada 14-cü oyunu olacaq. Əvvəlki 13 qarşılaşmanın 5-də "Şamaxı", 3-də "Sabah" meydanı 3 xalla tərk edib. Topların nisbətində də qonaqlar öndədir - 15:9. "Sabah” son iki matçda qələbə qazanıb.
“Şamaxı” səfərdəki bütün oyunlarda qol vurub.
Avrokuboklara digər iddialı komanda "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. "Qartallar" 39 xalla 3-cü, meydan sahibləri 15 xalla 7-ci pillədədir. Komandalar Premyer Liqada 26 dəfə üz-üzə gəliblər.
Bunların 13-də paytaxt klubu, 6-da "gənclik şəhəri" təmsilçisi qalib gəlib. Topların nisbətində "Zirə" öndədir - 34:21. Qonaqlar son 3 oyunda qalib gəlib. “Sumqayıt” son 5 qarşılaşmada qol vurmayıb.
Bu tur "Neftçi" avrokuboklara vəsiqəni təmin edə bilər. "Ağ-qaralar" "Səbail"i məğlub edəcəyi təqdirdə istəyinə çatacaq. Son ölkə çempionu 44 xalla ikinci, "dənizçilər" 14 xalla sonuncu - 8-ci yerdədir.
"Neftçi" Premyer Liqada rəqibinə 13 dəfə qalib gəlibsə, yalnız 2-də uduzub. 3 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də flaqmanın aşkar üstünlüyü var - 40:11. Neftçi” ardıcıl 7 oyundur qələbə qazanır. “Səbail” son iki oyunda qol vurmayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:39 / 24.04.2022
"Qarabağ" bu gün çempionluğu təmin edə bilər - Bütün matçlar eyni gündə
Hazırda oxunan: "Qarabağ" bu gün çempionluğu təmin edə bilər - Bütün matçlar eyni gündə
Hazırda oxunan: "Qarabağ" bu gün çempionluğu təmin edə bilər - Bütün matçlar eyni gündə
71152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.