“Qızlar üçün oğlanlardan ayrı məktəb açılmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ulvira Qarayevanın qonağı olan deputat Fazil Mustafa “Astar” verilişində deyib.
Onun sözlərinə görə, bu halda qızlar həyata daha hazır vəziyyətdə yetişirlər: “Bütün ixtisasları, dili və musiqini öyrənirlər”.
Aparıcının fikrincə, qızlaq kollecini bitirənlər sonradan kişilər çalışan iş yerlərində fəaliyyət göstərməyəcəklər.
Fazil Mustafa verilişdə cəmiyyətimizdə yer alan bir çox məqamlara da toxunub:
-Hər bir qadının oxumağı məcburi olmalıdır.
-Azərbaycanda ziyalı gildiyası yoxdur.
-Bir blogerin arxasınca gedən minlərlə insan var.
-Azərbaycanda yazıçı kitabının pulu ilə yaşaya bilməz.
-Yazarın ərköyünlüyünə də dözmək lazımdır.
-Zəkaca yüksək olmasaq, Qarabağı yenə itirəcəyik.
-Erməni bizim təbəədir.
Bizim.Media