SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq mikrofon" aksiyası çərçivəsində Yardımlı rayonunun Pirembil kəndində vətəndaşlarla görüş keçirib.
Bizim.Media xəbər verir ki, ilk olaraq Birlik rəhbəri və Birliyin digər məsul şəxsləri Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsi ehtiramla yad edilib.
Daha sonra aksiya iştirakçılarına müraciət edən baş direktor onların qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri keçirilən aksiyanın adına uyğun olaraq, açıq şəkildə səsləndirmələrini xahiş edib.
Birliyin baş direktoru Ruslan Əliyev, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov sakinlərin qaz təsərrüfatına dair problem və təkliflərini yerindəcə dinləyiblər.
R.Əliyev daxil olan müraciətlərlə bağlı yerindəcə izahatlar verərək ünvanlanan hər bir müraciətin araşdırılaraq məlumat verilməsi ilə bağlı tapşırıq verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:17 / 24.04.2022
"Azəriqaz" rəhbəri vətəndaşların problemlərini dinlədi - FOTO
Hazırda oxunan: "Azəriqaz" rəhbəri vətəndaşların problemlərini dinlədi - FOTO
Hazırda oxunan: "Azəriqaz" rəhbəri vətəndaşların problemlərini dinlədi - FOTO
71118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.