Pomidorun bahalaşmasında PARADOKS – Ekspert “10 gün” dedi

Hazırda oxunan: Pomidorun bahalaşmasında PARADOKS – Ekspert “10 gün” dedi

71049

Pomidorun bazar quymətləri son 10 gündə gözlənilməz həddə bahalaşıb. Bir çoxları bunun obyektiv səbəblərdən qaynaqlandığını izah etməyəçalışsa da cəmiyyətdə işbazların da əli olduğu fikri hökm sürür. Bu barədə bir neçə yazıyla çıxış etmişik. Gözləntilər isə hələlik özünü doğrultmur. 

Bəs əslində nə baş verir, bahalaşma nə qədər davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Kənd Təsərrüfatı üzrə ekspert Elçin Bayramlı bu günlərdə pomidorun qiymətinin bahalaşma səbəblərinin tam bir paradoks təşkil etdiyini söyləyib.

Ekspert əlavə edib ki, bir müddət öncə Rusiyaya aparılan pomidorun tərkibində bəzi zərərli maddələr aşkar edildiyi üçün xeyli sayda məhsul geri qaytarılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın 432 ton pomidoru Rusiyaya niyə BURAXILMAYIB? – SƏBƏB BİLİNDİ


“Qaytarılan məhsullar həqiqi mənada ekspertizadan keçirilməlidir və əgər doğurudan da o pomidorlar sağlamlığımız üçün zərərlidirsə, onlar yerli bazara çıxışdan məhrum edilməlidir. Yox əgər Rusiyanın iddiaları doğru deyilsə, geri qayıdan pomidorların nəticəsində yerli bazarda bolluq yaranmalı idi. Təbii ki, bu qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaqdı. Bu mövzuda yaranan suallarımıza aydınlıq gətirmək birbaşa olaraq Qida Təhlükəsizliyi Agentliyinin üzərindədir”.

Ekspert pomidor qiymətlərinin artmasında istifadə olunan gübrə, dərman təyinatlı məhsulların dünya bazarında bahalaşmasının da səbəb olacağını bildirib: 

“Digər bir halda gübrələrin və istehsal üçün lazım olan məhsulların bahalaşması buna səbəbi də istisnasız olaraq istehlakçının xərclərini artırır və o da məhsulun qiymətini artırmağa məcbur olur.”
Bahalaşmanın mövsümi səblərə də bağlı ola biləcəyini söyləyən ekspert son müddət ərzində havaların soyumasına diqqət çəkib:

“Mart ayının sonunda qarlı-şaxtalı hava və bundan sonra da davam edən soyuq hava şəraiti məhsulun planlaşdırıldığı vaxtda yetişdirilməsinə əngəl tırədib. Bu da bir səbəbdir və qısa müddətdə bərpa olunacaq. Fikrimcə 10 gün müddətində pomidorun qiymətlərində səngimə baş verəcək”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin