Zəfər Qurultayınının ikinci günü - Mühüm sənədlər qəbul ediləcək

Hazırda oxunan: Zəfər Qurultayınının ikinci günü - Mühüm sənədlər qəbul ediləcək

71024

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı bu gün də işini davam etdirir.

Bizim.Media xəbər verir ki, Zəfər Qurultayınının ikinci günündə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxış edəcək.

Sonra isə Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək və diaspor nümayəndələrinin təltif olunma mərasimi keçiriləcək.

Qeyd edək ki, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir. 

Xatırladaq ki, aprelin 22-də Zəfər Qurultayının rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilib, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələr təşkil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin