ABŞ-dan Çinə yeni il “sürprizi”

Hazırda oxunan: ABŞ-dan Çinə yeni il “sürprizi”

7099

Bizim.Media BBC xəbər agentliyinə istinadən məlumat verir ki, yeni ilin ilk günü ABŞ bir sıra Çin telekommunikasiya şirkətlərinin fəaliyyətinə qadağa qoyulması haqqında qərar qəbul edib.

Belə ki, “China Mobile”, “China Telecom” və “China Unicom Hong Kong” kimi Çin telekommunikasiya nəhəngləri Donald Trump administrasiyası tərəfindən hədəf alınıb.

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Çini açıq konfliktə təhrik edir



Artıq şirkətlərin ABŞ-dakı fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində məhkəmə prosesi başlanıb. 

Məlumatda Çin şirkətlərlərinin bütün gəlirlərini Çində qazandıqları və ABŞ-da əhəmiyyətli bir sərmayəyə malik olmadıqları da qeyd olunur. Adı çəkilən şirkətlərin qara siyahıya salınması daha çox ABŞ və Çin arasındakı geosiyası gərginliyin fonunda simvolik zərbə kimi qiymətləndirilir.

Analitiklərin fikrincə, ABŞ-ın yeni qərarları 2021-ci ildə də Çinlə münasibətlərdə hər hansı irəliləyişin olmayacağını göstərir. Ticarət müharibələri və geosiyasi qarşıdurma qaldığı yerdən davam edəcəyi gözlənilir. 

Digər tərfədən Donald Trampın rəhbərliyinin son günlərində daha radikal addımların və qərarların verilməsi ilə müşahidə olunur ki, bu da Co Bayden administrasiyasını daha çox təzyiq altında qoyur. Tramp dönəmi sona çatdığında Bayden hökümətinin qarşılıqlı münasibətləri normallaşdırmaq üçün çox iş görməli olacaq.

Lakin onu da unutmamaq lazımdır ki, verilən qərarlar ABŞ-ın uzunmüdətli strategiyasının tərkib hissəsidir.

Xatırladaq ki, hazırda ABŞ-ın səhm bazarlarında ümumi bazar dəyəri 2,2 trilyon dollar olan 200-dən çox Çin şirkəti mövcuddur.

Prezident Donald Trump noyabr ayında ABŞ ordusuna məxsus və ya ordunun nəzarət etdiyi sahələrə Çin firmalarına investisiya qoyuluşunu qadağan edən sərəncam imzalamışdı.

Bu sərəncam ABŞ investorlarının Pentaqonun hərbi əlaqələrinin olmasından şübhələndiyi Çin şirkətləri ilə alqı-satqı fəaliyyətini qadağan edirdi.

Keçən ay ABŞ Nümayəndələr Palatası, Çin şirkətlərinin fəaliyyətinin audit qaydalarına uyğun gəlmədikləri təqdirdə ABŞ birjalarından kənarlaşdırılması haqqında qanun qəbul etmişdi.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin