Fariz İsmayılzadə: “Kibertəhlükəsizlik üzrə iş yerlərinin sayı 31% artacaq”

Hazırda oxunan: Fariz İsmayılzadə: “Kibertəhlükəsizlik üzrə iş yerlərinin sayı 31% artacaq”

70989

“Yaxın 10 il ərzində dünyada kibertəhlükəsizlik üzrə iş yerlərinin sayının 31% artacağı gözlənilir".

Bizim.Media xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimi - FOTO


"Bu gün yaradılan assosiasiya dediyim sahədə kordinasiyalı işə çox kömək olacaq. Bizim kadrlarımız xarici bazarlara üstünlük verirlər və yerli bazarda qıtlıq yaranır. Hazırda dünyada kibertəhlükəsizlik sahəsində 3 milyondan çox vakant yer var. ADA Universiteti kadr potensialının formalaşdırılması üçün bir sıra işlər görür. Eyni zamanda gələcəkdə bununla bağlı təlimlərin keçirilməsi planlaşdırılır. Yeni assosiasiyanın üstünlüyü odur ki, biz xaricdən gələn təklifləri birgə müzakirə edib qərarlar verə bilərik”, - deyə prorektor qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin