Prezidentin nümayəndəsi: "Hazırda ikinci “Ağıllı kənd”in layihəsi hazırlanır"

Hazırda oxunan: Prezidentin nümayəndəsi: "Hazırda ikinci “Ağıllı kənd”in layihəsi hazırlanır"

70978

"Hazırda Füzulinin Dövlətyarlı kəndində yaradılacaq ikinci “Ağıllı kənd”in layihələndirilməsi gedir".

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov jurnalistlərə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Emin Hüseynovdan Qarabağda vandalizmə məruz qalan teatrlarla bağlı TVİT


“Bu “Ağıllı kənd”də də çox önəmli iş yerləri yaradılacaq, vacib infrastruktur olacaq. Əslində, kəndin Zəngilan rayonunun Ağalı kəndindəki birinci “Ağıllı kənd”dən daha böyük olacağı gözlənilir. Son mərhələdə 1500-ə yaxın evdən ibarət bir kənd olacaq. Hesab edirəm ki, bu layihə başa çatdıqdan sonra onun icrası ilə bağlı müvafiq tender elan ediləcək”, - o deyib.

Qeyd edək ki, ikinci “Ağıllı kənd”in təməli ötən il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin