Yeni agentlik kinonu sovet idarə üsulundan qurtaracaq – Bəs KİNO xilas olunacaqmı? 

Hazırda oxunan: Yeni agentlik kinonu sovet idarə üsulundan qurtaracaq – Bəs KİNO xilas olunacaqmı? 

70968

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda ilk dəfə olaraq Kino Agentliyi yaradılacaq. Hamını maraqlandıran suallardan biri də agentliyin hansı strukturda formalaşacağı və bu sahədəki mövcud problemləri nə dərəcədə həll edə bilməsidir.

Mövzu ilə bağlı Bizim.Media Kino İctimayyətinin bəzi nümayəndələrinin məsələyə münasibətini öyrənib.

Bakı Beynəlxalq Qısa Filmlər festivalının rəhbəri, rejissor Fehruz Şəmiyevin açıqlamasına görə, sovet dövründə və ondan sonrakı müstəqillik illərində Kino  qurum olaraq Mədəniyyət Nazirliyinin tərkibində və ayrı fəaliyyət göstərib.

“Hətta o zaman Kinomotoqrafiya Komitəsi də var idi. Müstəqillik illərində isə “Azərkinovideo İstehsalat Birliyi” yaradıldı. Qurum ölkədə dövlətin Kino siyasətini və istehsalını həyata keçirirdi. 2002-ci ildən bu birliyin ləğv olunması və Kinonun Mədəniyyət Nazirliyində bir şöbəyə yerləşdirilməsi bu sahədəki Kinomotoqrafçıların əl-qolunu sıxdı. Həmçinin ölkədəki kino imkanlarının azalmasına səbəb oldu”.
Kino Agentliyinin  yaranmasının ölkədə yaradacağı imkanlara toxunan rejissor əlavə edib ki, Agentlik bu sahədə çalışan insanların imkanlarını artıracaq.

Ən azı Agentliiyin özündə kinoya cavabdeh olan insanların imkanları artacaq və yeni kino layihələrini müstəqil dəyərləndirmək imkanları yaranacaq.

Kinoşünas Aygün Aslanlı isə Bizim.Media-ya açıqlamasında bildirib ki, Kino Agentliyinin yaranması bütün kino cəmiyyətinin çoxdan gözlədiyi bir təşəbbüs idi. 

Həmçinin o əlavə edib ki, “Kino” Mədəniyyət Nazirliyinin nəznində bu vaxta kimi kiçik bir şöbə şəklində başqa qurumlardan asılı vəziyyətdə olub. Bu asılılıqlardan qurtarıb özünü idarə edən bir quruma çevirilməsi bizim üçün də arzuolunandır.

Kino xadimlərinin Agentliklə bağlı gözləntiləri haqqında isə  dünyadakı kino fondları ilə əməkdaşlıq etmək və filmlərimizin festivallara daha rahat çıxıb daha geniş miqyasda tanıdılmağı məsələlərini vurğulayıb. 

“Dünyadakı Kino Fondları ilə əməkdaşlıq etməyimiz çox vacibdir ki, onlardan biri də  “EUROIMAGES” –dır.”

Kino Agentliyinin yaranmasını zəruri edən səbəb kimi, müasir kinomuz Sovet üsulları ilə idarə olunmaqdan çıxsmasını göstərib.
“Dünyada olan yeni tendensiyalara qoşulub və onları  Azərbaycanda tətbiq etmək lazımdır. Bu baxımdan Agentliyin yaranması xüsusi əhəmiyyətlidir. Hələlik bu sərəncam formasındadır. Qurumun necə işləyəcəyini gələcəkdə görəcəyik . Hələlik isə ancaq  sərəncama görə sevinirik”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin