Röya məşhur türk dizayneri ilə əməkdaşlığa başladı - FOTO

Hazırda oxunan: Röya məşhur türk dizayneri ilə əməkdaşlığa başladı - FOTO

70932

Xalq artisti Röya Ayxan Türkiyənin məşhur modelyeri Gülşah Saraçoğlu ilə yenidən əməkdaşlığa başlayıb.  

Bizim.Media xəbər verir ki, sənətçinin mətbuat katibi bildirib ki, Röyanın Türkiyədə lentə aldığı “Nə badə” klipindəki obrazlar G.Saraçoğluya məxsusdur.

Həmçinin, dizayner sənətçinin İstanbuldakı fotosessiyası üçün də özəl libaslar biçib.  

Bundan başqa, Xalq artistinin lentə alınacaq “Ağla” klipinin obrazları Gülşah tərəfindən hazırlanacaq. 

Qeyd edək ki, Rüfət Axundovla duet oxunan “Nə badə”nin sözləri Orxan Mürvətli, musiqisi Fərid Kərimiyə məxsusdur. Sözügedən mahnının ekran variantının müəllifi isə Müjdat Küpşidir.
Qeyd edək ki, G. Saraçoğlu 7 əvvəl 2014-cü ildə Röyanın “Mən sənsiz” klipi üçün geyimlər hazırlayıb.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin