Prezident: "Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub"

Hazırda oxunan: Prezident: "Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub"

70919

"Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının çox böyük tarixi mənası var. Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub".

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, otuz il işğal edilmiş ölkə kimi yaşanılıb:

“Bu, bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi, sizin üçün vətəndaş kimi, xaricdə yaşayan azərbaycanlılar üçün. Biz bilirdik ki, bu məğlubiyyətin heç bir real əsası olmayıb.
Sadəcə 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr, hakimiyyət uğrunda gedən müharibə, milli xəyanət, satqınlıq və digər bəd əməllər bu vəziyyəti yaratmışdı. Biz bilirdik ki, bu qələbəyə layiqik. Mənim üçün Prezident kimi başlıca vəzifəm ölkəmizi gücləndirmək və ərazi bütövlüyünü bərpa etmək idi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin