Türkiyədə arvadını öldürən Elvin ailəsi ilə birgə həbs olunubmuş - FOTO

Hazırda oxunan: Türkiyədə arvadını öldürən Elvin ailəsi ilə birgə həbs olunubmuş - FOTO

70873

Türkiyədə boşanmaq üzrə olduğu arvadını güllələyərək qətlə yetirən 34 yaşlı Elvin Umayevlə bağlı yeni faktlar üzə çıxıb.

Bizim.Media-nın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Balakən rayon Gərəkli kənd sakini olan E.Umayev 2017-ci ildə atası və bacısı ilə birlikdə Qaxda polisin keçirdiyi əməliyyatla tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı qadın Türkiyədə boşanmaq istədiyi əri tərəfindən güllələndi – ANBAAN VİDEO


Belə ki, Elvin atası, 1962-ci il təvəllüdlü Əli Umayev və bacısı, 1985-ci il təvəllüdlü Pirdas Umayeva ilə birlikdə Qaxın Qorağan kəndindəki meşə sahəsində aqrotexniki qaydada narkotik tərkibli bitkilər yetişdirmək ittihamı ilə tutulub. Məlum olub ki, E. Umayev həmin vaxtdan 3 ay öncə o ərazidə çətənə kolları əkib.

Bu müddət ərzində o, adıçəkilən ailə üzvləri ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib.

2017-ci ildən əvvəl də məhkumluq həyatı yaşayan Elvin sözügedən narkotik əməlinə görə həbs edilib. Bir neçə il həbsxanada qalaraq azadlığa çıxıb.

Bundan sonra isə o, işləmək məqsədilə həyat yoldaşı ilə birlikdə Türkiyəyə gedib və məlum hadisə baş verib. Bu həbs Elvinin üçüncü məhkumluğu olacaq. 
Qeyd edək ki, güllələnmə hadisəsi ötən gecə Trabzonun Ortahisar rayonundan baş verib.

Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqlarının ona göstərilməməsinə görə mübahisə edib. Bu zaman Elvin belindən çıxardığı tapança ilə Turanənin başından atəş açıb. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin