Mehmet Perinçek: “Ermənistandakı revanşistləri Moskvanın əli ilə susdurmaq lazımdır”

Hazırda oxunan: Mehmet Perinçek: “Ermənistandakı revanşistləri Moskvanın əli ilə susdurmaq lazımdır”

70799

“Ermənistan daxilində hələ də revanşist güclər var. Bunlar Ermənistanı həm Azərbaycana, həm də Türkiyəyə qarşı qışqırtmağa çalışırlar. Əslində Ermənistanın nə Azərbaycana, nə də Türkiyəyə qarşı silahlı olaraq edə biləcəyi heç nə yoxdur. Buna gücləri yoxdur. Bu cür revanşist cəhdlər sülhün əngəllənməsi üçündür”.

Bu fikirləri Bizim.Media-ya Ermənistanın Baş Naziri Nikol Paşinyanın Moskva ziyarətini şərh edərkən, Rusiyada yaşayan türkiyəli tarixçi və politoloq Mehmet Perinçek deyib. 

Perinçek qeyd edib ki, Ermənistandakı revanşist qüvvələrin təsirini azaltmaq üçün rəsmi Moskva müsbət rol oynaya bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın Ermənistandakı səfiri seperatçıları necə ruhlandırır? - Qondarma rejimi qorxuya salan SƏBƏB


“Digər tərəfdən isə hələ də Azərbaycanın torpaq bütünlüyü tam olaraq bərpa edilməyib. Azərbaycan torpaqlarından işğalçı güclərin çıxarılması prosesi davam etməkdədir. Ermənistanın 10 noyabr bəyanatına görə verdiyi sözlər var. Bu sözlərə əməl etməsi üçün Moskvanın İrəvan üzərindəki təsiri dəyərləndirilməlidir. Məsələnin ən yaxşı yolu hər hansısa silahlı mübarizəyə ehtiyac olmadan bu işlər həll etməkdir. Bu baxımdan Paşinyanın Moskva ziyarəti dəyərlidir və önəmlidir”

Politoloq bildirib ki, artıq Qərb ölkələrinin Cənubi Qafqaza müdaxilə imkanları əzifləyib. Bu səbəbdən Paşinyan bölgədəki işbirliyinə, inteqrasiyaya daxil olmaq üzrədir:

“O, daha əvvəl narıncı olaraq hakimiyyətə gəlmişdi, Qərb tərəfindən yönləndirilmişdi. Hətta, Cənab Əliyevin ifadəsi ilə desək, “Sorosun uşağıdır”. Lakin 10 noyabr bəyanatından sonra oradan qopdu. Paşinyanın Moskva ziyarəti həm Ankara, həm də Bakı üçün müsbət addımdır”.

M.Perinçek əlavə edib ki, indi başqa bir dövrə qədəm qoyduğumuzun fərqində olmalıyıq. Artıq regionda sürətli inteqrasiya proseslərinə start verməyin zamanı yetişib:

“O vaxt münasibətlərin normallaşmasının bir zəmini yox idi. Lakin bu gün, Qrabağın azad edilməsi ilə birlikdə, bu məsələnin zəmanət altına alınması ilə birlikdə Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı münasibətlərinin normallaşması gündəmimizdədir. Bu da olduqca doğru addımdır. Çünki həm bölgədə sülhü bərpa etmək, həm istiqrarı qorumaq, iqtisadi uğurları əldə etmək baxımından və ən əsası bölgədə inteqrasiya, bölgədə bütünləşmə adına bu addımlar atılmalıdır. Bu addımları cənab İlham Əliyev də dəstəkləyir. Hətta Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasınıda dilə gətirir. Əlbətdə ki, Rusiyanın burada, 3 tərəfli 10 noyabr bəyanatındakı rolu çox önəmlidir. Xüsusən Ermənistanın kontrol altında saxlanılması və ya qışqırdılmasının əngəllənməsi və bu müddətin içərisində daha yumuşaq formada irəliləməsi baxımından rəsmi Moskvanın İrəvan üzərində təzyiqi vacibdir. Bundan isə həm Azərbaycan, həm də Türkiyə tərəfi istifadə edə bilər. Bu baxımdan Paşinyanın Moskva səfəri Ermənistan üçün də çox önəmlidir. Bir növ “saatların yoxlanılması” prosesi gedir”. 

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin