“Müxalifət platforması – həyat uğrunda” partiyasından deputat seçilən, sonradan mandatından məhrum edilən və axtarışa verilən Ali Radanın keçmiş üzvü İlya Kiva Rusiya vətəndaşlığı verilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Bizim.Media “korrespondent.net” saytına istinadən xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdə yayılan bəyanatında deyilir.
O, Putinə ünvanladığı məktubda “Ukrayna Rusiyanın ayrılmaz hissəsinə çevrilməlidir. Uzun illərdir ki, Ukraynada faşizmlə fəal mübarizə aparıram” sözlərini yazıb.
Kiva Putinə belə deyib: “Ukraynanı azad etmək missiyasını üzərinə götürən Rusiya üçün bu mürəkkəb dövrdə mən bütün çətinlikləri bölüşməyə hazıram”.
Sabiq deputat Rusiya prezidentindən “ona siyasi sığınacaq və Rusiya Federasiyasının vətəndaşı olmaq imkanı verməsini” xahiş edib, bundan sonra Rusiya Federasiyasını “öz vətəni kimi” müdafiə edəcəyinə söz verib.
Xatırladaq ki, mart ayında baş prokuror Kivaya vətənə xəyanətdə şübhəli bilindiyi barədə məlumat vermişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:51 / 21.04.2022
Ukraynadan qaçan deputat Putindən siyasi sığınacaq istədi – FOTO
Hazırda oxunan: Ukraynadan qaçan deputat Putindən siyasi sığınacaq istədi – FOTO
Hazırda oxunan: Ukraynadan qaçan deputat Putindən siyasi sığınacaq istədi – FOTO
70795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.