Paşinyan Rusiyada nəyə razılıq verib? – DETALLAR 

Hazırda oxunan: Paşinyan Rusiyada nəyə razılıq verib? – DETALLAR 

70783

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Moskvada keçirilən danışıqlarda təhlükəsizlik, Qarabağ münaqişəsi, regional infrastrukturun blokadadan çıxarılması və Ermənistanla Azərbaycan arasındakı sərhədlərin demarkasiyası və delimitasiyası prosesi daxil olmaqla, bir sıra mühüm məsələlər üzrə yekun razılıq əldə olunduğunu açıqlayıb.

Belə ki, Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə görüşü zamanı bu fikirləri səsləndirən Paşinyanın açıqlamaları müyyən suallar yaradıb.

Görəsən, bundan sonra danışıqlar masasında konsensusa daha meyilli bir Paşinyan obrazına tamaşa edə biləcəyikmi?
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Putinlə Qarabağla bağlı yekun razılıq əldə olunub”


Sualı Bizim.Media üçün cavablandıran politoloq İlqar Vəlizadə buna yalnız ümid edə biləcəyimizi qeyd edib:

“Təəssüflər olsun ki, son 30 ildə o qədər hadisələr baş verib ki, bunlar Ermənistan tərəfinə ümidləri azaldıb. Sözdə başqa şey desələr də, əməldə başqa mənzərəyə şahidlik edirik. Bundan əlavə, Ermənistanın başqa çıxış yolu da yoxdur. Bir halda ki, onlar müxtəlif səviyyələrdə, Brüsseldə, Moskvada öhdəliklər götürüblər və bunlar fərqli öhdəliklər deyil”.

Politoloq Ermənistan müxalifətinin mövqeyinin Paşinyanın siyasətinə sözügedən istiqmətdə mümkün təsirləri ehtimalını da dəyərləndirib:

“Daxili siyasi vəziyyət Paşinyanın mövqeyinə ciddi təsir göstərir. Əgər siyasi iradə olsa, doğrudur bu keyfiyyət Paşinyanda çox zəifdir, o, başqa cür hərəkət edə bilməz. 

Moskvanın əsas istəyi isə regional kommunikasiyaların açılması ilə bağlıdır. Çünki Rusiyanın bu məsələdə marağı var. Belə ki Qərbə çıxış bağlandıqdan sonra bizim regionumuzdan keçən yollar Rusiyanı qərb istiqamətində yerləşən ölkələrlə bağlayan yeganə kommunikasiyalar olacaq.
Burada söhbət Avropa İttifaqından daha çox, Türkiyə, Yaxın Şərq və Şimali Afrika ölkələrindən gedir. Bu ölkələrlə əlaqələrin saxlanılmasında regionumuzdan keçən marşrutlar mühüm rol oynaya bilər.

Paşinyan isə istəklərindən asılı olmayaraq, bu maraqların qarşısında tab gətirə bilməz. Ona görə də, Rusiya çalışır ki, kommunikasiyalar açılsın və proseslər daha proqnozlaşdırılan, təhlükəsiz şəraitdə getsin”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin