Rusiyalı şahmatçı və siyasətçi, şahmat üzrə 13-cü dünya çempionu Qarri Kasparovun “Qordonun qonaqlığında” YouTube kanalında müsahibəsi dərc olunub.
Bizim.Media “gordonua.com” saytına istinadən xəbər verir ki, “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordonla müsahibə zamanı Kasparov Rusiya prezidenti Vladimir Putini niyə bütün bəşəriyyət üçün təhlükə hesab etdiyi, Ukrayna ilə müharibədə dönüşün nə vaxt olacağı barədə danışıb.
O, 47 dəqiqəlik müsahibədə, həmçinin müharibədəki bəzi məqamlardan, Qərbin Rusiya təcavüzünə reaksiyasından, Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarından, eləcə də Putinin və Rusiyanın gələcəyindən söz açıb:
- "Rus əsgərləri cinayətləri ilə fəxr edir və hər şeyi telefonlarında lentə alır, ədalətə kömək edirlər".
- "Ukrayna müharibəsi bəşəriyyət tarixində istinad nöqtəsidir".
- “Putinin Ukraynaya hücumu əvvəlcədən bilinirdi. O, dayandırılmayana qədər heç vaxt dayanmayacaq”.
- “General Dvornikovun təyinatı Putinin son kartıdır”.
- “Putin hakimiyyətinin unikallığı ondan ibarətdir ki, onun qlobal ideyası belə yoxdur”.
- "Rusiya imperiya mahiyyətindən əl çəkmədi və ölkəni sağaltmaq şansını itirdi".
- “Boris Nemtsov, mən və bir çoxları dünyanı xəbərdar etmişdik ki, Putin hamı üçün problemə çevriləcək”.
- “Krımın ilhaqından sonra Putin qərar verdi: Ukraynanın ləğvi zaman məsələsidir”.
- “Putin Almaniyanın 80 illik travmasını sağaltdı, faşizmi qarşı tərəfdə gördülər”.
- "Putini öz ətrafı devirəcək. Ukrayna Putini siyasi, sonra isə fiziki olaraq dəfn edəcək".
- “Putindən sonra Ukraynaya zərbəni Dmitri Medvedev həyata keçirəcək”.
- “ Putinin Qərbdəki təbliğatı çox böyük uğur qazandı”.
- "Müharibə başqa bir mərhələyə keçəcək, ilk Ukrayna raketi Rusiya donanmasının Sevastopol körfəzinə düşəcək".
- “Ukrayna dünyanı 21-ci əsrin faşizmindən xilas edir”.
- "Ukraynanın yəhudi prezidenti Rusiyanın təcavüzünü dəf etmək üçün alman tanklarını istəyir. Bu, filmin ssenarisi olacaq".
- “Ukrayna açıq şəkildə və qaydalara uyğun şahmat oynayır, Putin isə böyük pulla poker sıxır”.
Xatırladaq ki, Kasparov 1963-cü ildə Bakıda anadan olub.
Doğum adı Harri Kimoviç Vaynşteyndir. 1986-cı ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. 1990-cı ildə ailəsi ilə birlikdə Moskvaya köçüb.
Bizim.Media