Rusiya ilə Ukrayna arasında müharibə tezliklə bitməyəcək.
Bizim.Media “24tv.ua” saytına istinadən xəbər verir ki, bu fikirləri Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko səsləndirib.
Onun sözlərinə görə, bu, on ildən artıq çəkəcək bir məsələdir.
MÖVZU İLƏ BAĞLI:
"Partlayışdan sonra gəminin komandiri ölüb" - Anton Geraşenko
Geraşenko hesab edir ki, Ukraynadakı vəziyyət İsraillə ərəblər arasındakı müharibəni xatırladacaq:
“Yəni ruslarla da müharibə belə davam edəcək. Bu, onilliklər boyu uzanacaq bir proses olacaq”.
Anton Geraşenko vurğulayıb ki, Rusiya Ukraynanın mövcud olmaması üçün əlindən gələni etməyə çalışır:
“Deməli, hər şey yalnız o şəraitdə dəyişəcək ki, Kremlə “Rus təbliğatının pultunun düyməsini dəyişdirən” başqa bir lider gələcək. O şəxs ukraynalıları bütün günahlarda ittiham etməyəcək, amma dost olmağı təklif edəcək. Əks halda heç nə dəyişməyəcək. Mümkün “şüur inqilabı”na gəlincə, Rusiyada bu, 10-20 il çəkə bilər”.
O, həmçinin qeyd edib ki, nə vaxtsa Ukrayna ilə Rusiya arasında sülh olacaq:
“Düzdür, bu, on ildən çox vaxt aparacaq”.
Nazirin müşaviri bildirib ki, bu, uzaq gələcəyin işidir: “Bu qarşıdurmada qalib gəlmək və sağ qalmaq lazımdır”.
Bizim.Media