Heç vaxt üzr istəməyən BÜRCLƏR – Özünüzü necə bağışlada bilərsiniz?

Hazırda oxunan: Heç vaxt üzr istəməyən BÜRCLƏR – Özünüzü necə bağışlada bilərsiniz?

70634

Bürclər insan xarakterinin analizində mühüm rola malikdir. Bu bürclərin ikili dialoqlarda və mübahisələrdəki davranışlarına da birbaşa təsir göstərir.

Belə ki, bəzi insanlar yanlış mövqedə olsalar belə üzr istəməyi ağıllarından belə keçirmirlər. Xüsusilə iki bürcün nümayəndələrini bu kateqoriyaya aid edə bilərik: Qoçlar və şirlər. Onların eqoları üzr istəmələrinə ən böyük əngəldir. Eyni zamanda bu bürcün nümayəndələrinə üzr istəmələrinin vacibliyini qəbul etdirmək də müşkül məsələdir.

Bəs, hansı bürcün nümayəndələrindən necə üzr istəmək lazımdır?

1. Qoç

Üzr istəməyə nifrət etdikləri qədər, onlardan istənən üzrləri də asanlıqla qəbul etmirlər. Qoçların kimisə bağışlaması asan başa gəlmir.

2. Buğa

Yeməklə arası yaxşı olan buğaların könlünü şam yeməyinə dəvət edib, gül hədiyyə etməklə almaq olar.

3. Əkizlər

Etdiklərinizin xəta olduğunu sakit formada izah etsəniz, əkizlər sizi bağışlaya bilər.

4. Xərçəng

Duyğusal xərçənglər onlara qarşı edilən səhvləri asanlıqla unutmasalar da, üzr istənildiyi halda bağışlamağı bacarırlar.

5. Şir

Diktator ruhu olan şirlər qarşısındakını süründürməyi və bununla öz eqolarını razı salmağı sevirlər. Lakin gözəl bir sürprizlə özünüzü bağışlatmaq ehtimalınız var.

6. Qız

Diqqətli qızların könlünü almaq o qədər də asan olmasa da, şirlər qədər qarşısındakıları süründürməyi də sevmirlər. Onun fikirləri ilə razılaşdığınızı göstərib, xoş sözlər deməklə günahlarınızı yuya bilərsiniz.

7. Tərəzi

Bu bürcün nümayəndələrinə dəyərli olduqlarını hiss etdirib, bir daha eyni addımı atmayacağınızı bildirsəniz sizi bağışlayacaq.

8. Əqrəb

Lüks və həzz düşkünü olan əqrəblər qarşısında bahalı hədiyyə və ya romantik bir gecə quru üzrdən daha çox fayda verə bilər.

9. Oxatan

Macərapərəst oxatanların sizi bağışlamağınızı istəyirsinizsə onları təəccübləndirəcək sürprizləri, məsələn birlikdə tətil təklifini diqqətdə saxlamalısınız.

10. Oğlaq

Hər zaman çalışqanlıları ilə ön plana çıxan oğlaqların həyatında kiçik konfliktlərə yer olmadığından yerində istənmiş üzr bağışlanmağınıza yetəcək.

11. Dolça

Əsəbi xarakterli dolçalar hər şeyi kənara qoyub sizi dinləməyi bacarır, əgər peşman olduğunuzu hiss edərsə, üzr istəməsəniz belə bağışlayırlar. Əks təqdirdə heç bir üzrün onlar üçün mənası yoxdur.

12. Balıqlar  

Xəyalpərəst balıqların isə kiçik hədiyyə ilə könlünü ala bilərsiniz. Bir buket gül belə bəzən bunun üçün kifayət edə bilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin