Günel Səfərova: “Şuşa Qurultayı üçün bu gün Fransadan yola çıxırıq” - MÜSAHİBƏ

Hazırda oxunan: Günel Səfərova: “Şuşa Qurultayı üçün bu gün Fransadan yola çıxırıq” - MÜSAHİBƏ

70614

“14 ildən çoxdur ki, Fransadayam. Şuşa qurultayı barəsində onu demək istəyirəm ki, həddindən çox həyəcanlıyam. Bu gün yola çıxırıq. Bu həyəcanı başqa bir həyəcanla eyniləşdirə bilmirəm. Həm qürur hissi, həm hüzn, həm həyəcan. Bir sözlə, hamısı qarışıb bir-birinə. Hisslərə tam ad vermək çətindir”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Azərbaycan Fransa Dialoqu Assosiasiyasının sədri Günel Səfərova deyib.

Bu gün Fransadan Şuşaya gedəcəyi ilə bağlı həyəcanlı olan müsahibimiz sualalrımızı da həyəcanla cavablandırdı. 

- Günel xanım, Şuşada keçirilən qurultayın önəmi haqqında danışsaq, bunu necə dəyərləndirirərdiz?

- Dünya Azərbaycanlılarının V Qurultayının digər qurultaylardan fərqi ondan ibarətdir ki, ilk dəfə olaraq Şuşada keçirilir. Mənim kimi xaricdə yaşayan azərbaycanlının o müqəddəs torpaqlara ayaq basmağı nə deməkdir, yəqin ki, mənimlə hisslərimi paylaşırsız. Çox qürurvericidir. Müzəffər ordunun, qalib bir xalqın nümayəndəsiyik. Əlimizdə Azərbaycan passportu ilə vətənə dönmək və xüsusilə Şuşaya getmək çox gözəl bir hissdir. Bütün təşkilatçılara təşəkkür edirəm. 

- Dediyiniz kimi, Qurultayın əhəmiyyəti böyükdür. Nələri müzakirə edəcəksiz? Xüsusən pandemiyadan sonra bir araya gəldiyiniz böyük bir tədbirdir. 

- Müharibə vaxtında, koronavirus pandemiyası ilə bağlı bir məhdudiyyət var idi. Görüşə bilmirdik, bir yerə toplana bilmirdik. Bir sıra məsələlər var idi ki, onları onlayn platforma üzərindən müzakirə etmək olmurdu. Qurultay bizə imkan yaradacaq ki, canlı olaraq məsələləri müzakirə edə bilək. Bundan sonra xaricdə yaşayan diasporların işi ilə bağlı strateji yol xəriətəsindəki istiqamətləri bilmiş olacağıq. Ona uyğun olaraq da buradakı fəaliyyətimizi quracağıq. 

- Mən sizin fəaliyyətinizlə yaxından tanışam. Bir də sizdən dinləyək, Fransada hansı işləri görürsünüz?

- 2018-ci ildə Lion şəhərində Fransa-Azərbaycan dioloq assosasiyasının yaratdıq. Bizim təşkilatın az yaşı olmasına baxmayaraq, aktiv üzvləri Fransadakı Azərbaycan diasporunun əsasını qoyanlardandırlar. Hacıbəyli nəslinin nümayəndələri, Lev Tolstoy nəslinin nümayəndələri bizim üzvlərimizdir. Bizim qısa müddət ərzində 40-dan çox layihələrimiz oldu.

Ən çox yaddan qalan layihələrdən biri Fransanın “Master Chef” jurnalının Azərbaycan kulinariyasına, mətbəxinə uyğun bir nömrəsinin buraxılması oldu. Lion merinin erməni əsilli Fransız olduğu bir zamanda meria binasında muğam-jazz festivalı təşkil olundu. Bu qürurverici bir hal idi. 
- Bir də “alim elmi assosasiyası” var idi. Bu təşkilatın məqsədir nədir?

- Bəli, ikinci bir təşkilat haqqında da məlumat vermək istəyirəm. 2019-cu ildə ilk dəfə toplaşdıq və 2020-ci ildə isə rəsmi qaydada qeydiyyatdan keçdik. Fransada ilk dəfə olaraq Azərbaycan əsilli elmlər doktorlarından, elmi işçilərdən ibarət olan “Alim” Elmi assosasiyası təsis etdik. Bu iki il ərzində onlyan platforma üzərindən bir sıra təlimlər keçirtdik. Ən son layihələrimizdən biri TƏBİB-lə birlikdə təlimlərin keçirilməsidir.

Bu 14 il ərzində istər fərdi, istərsə də kollektiv qaydada Azərbaycanımız Fransada layiqincə təmsl etməyə çalışırıq. Bundan sonra da, bu iqtiqamətdə maksimum işlərimizi bu istiqamətdə quracağıq. 
- Vaxt ayırdığınız üçün təşəkkür edirik. Vətəninizə xoş gəlirsiz.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin