Rövşən Nəcəfdən bu məhsulun xarici bazarlara ixracı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Rövşən Nəcəfdən bu məhsulun xarici bazarlara ixracı ilə bağlı AÇIQLAMA

70602

Bu ilin birinci rübündə “SOCAR Karbamid” zavodunun xarici bazarlara ixrac həcmi 8 dəfə, dəyər isə 33 dəfə artıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün “Facebook” səhifəsində yazıb.

"Bunun da Azərbaycanın xarici ticarət saldosuna müsbət təsiri 93 milyon ABŞ dolları təşkil edib", - R.Nəcəf bildirib.

Onun sözlərinə görə, “SOCAR Karbamid” zavodu tərəfindən daxili bazara 53,4 min ton karbamid satılıb:

"Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 224 % çoxdur".

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin