Qırğızıstan Prezidenti: “İki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur”

Hazırda oxunan: Qırğızıstan Prezidenti: “İki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur”

70586

“Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı” 

Bizim.Media xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov geniş tərkibdə görüş zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qırğızıstan Prezidenti və xanımının şərəfinə rəsmi ziyafət verildi


“Bu, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrdir. Bu baxımdan məmnunluqla qeyd edirik ki, iki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur.

Buna görə biz bu əlverişli şəraitdən istifadə etməyə və qurucu səylərimizi birləşdirərək iki ölkənin qardaş xalqları naminə əməkdaşlığımızı genişləndirməyə borcluyuq. Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası ləyaqət və şərəf kimi əzəli türk dəyərləridir”, Qırğızıstan Prezidenti bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin