Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağda olan çaylar üzərində 10 avtomat hidrometeoroloji stansiya quraşdıracaq.
Bizim.Media-nın Qarabağ bürosunun xəbərinə görə, 4 çayda - Bəsitçay, Oxçuçay, Bərgüşad və Araz çaylarında qruaşdırılacaq avtomat stansiyalar keyfiyyət sensorları ilə təchiz ediləcək.
Bu Barədə Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib:
"Avtomat stansiyalar çayın çirklənməsini onlayn olaraq avtomatik və fasiləsiz olaraq mütəmadi müəyyən edəcək. İstər beynəlxalq qurumlar, istərsə də Azərbaycanın istənilən yerli qurumu həmin stansiyalar vasitəsilə çayın çirklənmə səviyyəsi barədə onlayn məlumat ala biləcəklər.
Bütün bunları isə beynəlxalq təşkilatlar ölkədəki aidiyyatı qrumları ilə yanaşı beynəlxalq təşkilatlar da izləyə biləcək".
Elgün Gəncimsoy, Bizim.Media - Qarabağ bürosu
- A-
- A
- A+
İqtisadiyyat
20:56 / 19.04.2022
Qarabağdakı çaylarda 10 hidrometeoroloji stansiya qurulacaq
Hazırda oxunan: Qarabağdakı çaylarda 10 hidrometeoroloji stansiya qurulacaq
Hazırda oxunan: Qarabağdakı çaylarda 10 hidrometeoroloji stansiya qurulacaq
70466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.