FHN ABŞ Müdafiə Agentliyi ilə birgə seminar keçirir - FOTO

Hazırda oxunan: FHN ABŞ Müdafiə Agentliyi ilə birgə seminar keçirir - FOTO

70449

Fövqəladə Hallar Nazirliyi (FHN) ilə ABŞ-ın Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin birgə təşkilatçılığı ilə Milli Cavab Tədbirləri üzrə Çərçivə Seminarı öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, üç gün davam edəcək seminar FHN ilə ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi arasında cari imkanların dəyərləndirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün məlumat mübadiləsinin təmin edilməsi, davamlı təşəbbüslərin və əməkdaşlıq səylərinin dəstəklənməsi məqsədilə təşkil olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

"Qanun Nəşrlər Evi"nin yaxınlığında aşkar edilən qumbara götürüldü - FOTO/VİDEO 


Seminar, həmçinin Milli Hazırlıq Planlarının (o cümlədən Milli Cavab Tədbirləri Çərçivəsi), fövqəladə hallarla mübarizə üzrə tədbirlərin müvafiq komponentlərinin “Kimyəvi, bioloji, radioloji, nüvə və partlayıcı silahlar” (CBRNE) mövzusuna diqqət yetirməklə əlaqələndirilməsinin nəzərdən keçirilməsi və müzakirəsi üçün təşkil edilib.

Təqdimatlar, praktik məşğələlər və interaktiv müzakirələrin keçirilməsinin nəzərdə tutulduğu seminarda yerli, regional və milli hökumət səviyyələrində böhran vəziyyətlərinin idarə olunmasına məsul şəxslərin qarşılıqlı fəaliyyətlərinin əlaqələndirilməsindən, tematik tədqiqatlardan bəhs olunacaq.

Seminarda FHN əməkdaşlarının müvafiq təqdimatlarla çıxışı nəzərdə tutulub.

Seminarda FHN-in əməkdaşları ilə yanaşı Azərbaycan Daxili İşlər, Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və TƏBİB-in nümayəndələri də iştirak edir.
Qeyd edək ki, bu gün start götürən seminarın açılış tədbirində FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov və Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin