16 şəxs barəsində çıxarılan hökmlər ləğv edildi

Hazırda oxunan: 16 şəxs barəsində çıxarılan hökmlər ləğv edildi

70397

"Tərtər işi" ilə bağlı 16 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib, həmçinin birinci instansiya məhkəmələri tərəfindən qeyd olunan işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərarlar qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Tərtər işi”nin müstəntiqindən ÖZƏL MÜSAHİBƏ - İSTİNTAQ VİDEOLARI


Həmin şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq yenidən yekun qərarların qəbul edilməsi təmin ediləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin