Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün hər ay verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1 800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü veriləcək.
İndiyədək bu məbləğ 1 500 manat olub.
Fərmanla müəyyən edilib ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:
- dul arvadına (ərinə), valideynlərinə
- 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.
Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:04 / 31.12.2020
Milli Qəhrəmanlara verilən aylıq Prezident təqaüdünün məbləği 300 manat artırıldı
Hazırda oxunan: Milli Qəhrəmanlara verilən aylıq Prezident təqaüdünün məbləği 300 manat artırıldı
Hazırda oxunan: Milli Qəhrəmanlara verilən aylıq Prezident təqaüdünün məbləği 300 manat artırıldı
7039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.