Narkotik çəkib maşını hərəkətin əks istiqamətinə SÜRDÜ

Hazırda oxunan: Narkotik çəkib maşını hərəkətin əks istiqamətinə SÜRDÜ

70347

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 17-i saat 20 radələrində Şəmkir rayonu, Seyfəli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil hərəkət axınının əksinə sürüldüyü üçün saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, sürücü, rayon sakini Orxan Məsimovun hərəkətləri şübhə doğurduğundan o, həkim müayinəsinə dəvət olunub.

Avtomobili dayanacağa aparmaq istəyərkən sərnişini, kənd sakini Namaz Namazlı polis əməkdaşlarına maneçilik törədib. Polis əməkdaşları onu dəfələrlə qanuni tələblərinə riayət etməyə və nizam-intizama dəvət etsələr də o, bu hərəkətlərini davam etdirib.

Onlar avtomobillə birgə Şəmkir rayon Polis Şöbəsinə gətiriliblər. 

N.Namazlı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib olunub. Şəmkir rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Sürücü O.Məsimovun isə narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin