Belarusun “Belavia” aviaşirkəti Azərbaycana müntəzəm uçuşları bərpa edib.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus Nəqliyyat Nazirliyinin teleqram kanalında məlumat verilib.
Bildirilir ki, uçuşlar hər gün yerinə yetiriləcək. Təyyarə Minskdən saat 23:00-da yola düşəcək, Bakıya isə saat 03:55-də (hər iki halda yerli vaxtla) enəcək. Uçuş müddəti təxminən 4 saatdır.
Bakıdan Minskə uçuş yerli vaxtla saat 04:55-də olacaq. Təyyarə saat 08:05-də Minsk Milli Hava Limanına enəcək. Uçuş 4 saat 10 dəqiqə çəkəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:07 / 19.04.2022
Bakı-Minsk-Bakı aviareysi bərpa edildi
Hazırda oxunan: Bakı-Minsk-Bakı aviareysi bərpa edildi
Hazırda oxunan: Bakı-Minsk-Bakı aviareysi bərpa edildi
70317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.