Samuxda rayonunda 1985-ci il təvəllüdlü Elşən Sadiqovu urək nahiyəsindən bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.
Bu barədə məlumatı Bizim.Media-nın yerli bürosununa Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqın Qasımov verib.
Onun sözlərinə görə, hadisəni rayonun İstixana qəsəbə sakini, 1973-cü il təvəllüdlü Habil Qasımov törədib.
Həyata keçrilən əməliyyat tədbirləri zamanı H. Qasımov tutulub. O, ilkin ifadəsində həmkəndlisini bıçaqla vurduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media