Lənkəranda 12 000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması ilə bağlı polisə yalan məlumat verən şəxs saxlanılıb.
Bizim.Media-nın cənub bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini Xalid Həmidov polisə müraciət edərək özünə məxsus olan “VAZ-2107” markalı avtomobildən 12 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını deyib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib.
Həmin qızıl-zinət əşyalarının X.Həmidovda olduğu müəyyən edilib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Vətəndaşlara bir daha xəbərdarlıq edilir ki, polis və digər dövlət qurumlarına yalan məlumat vermək hüquqi məsuliyyət yaradır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:50 / 18.04.2022
Polisə yalan məlumat verən şəxs saxlanıldı
Hazırda oxunan: Polisə yalan məlumat verən şəxs saxlanıldı
Hazırda oxunan: Polisə yalan məlumat verən şəxs saxlanıldı
70232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.