Murovdağ tunelində nə qədər qazma işləri aparılıb? - FOTO/VİDEO

Hazırda oxunan: Murovdağ tunelində nə qədər qazma işləri aparılıb? - FOTO/VİDEO

70206

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədi ilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında olub.

AAYDA-dan Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib.

Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq yatağının, suötürücü boruların və kanalların tikintisi aparılır. Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqamət üzrə 1 km-dən artıq qazma işləri icra olunub, 2 ehtiyyat keçidinin tikintisi yekunlaşıb.
Daha sonra İdarə Heyətinin sədri 72.3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda həyata keçirilən mobilizasiya və torpaq işlərinin icrası ilə tanış olub.

Səfər zamanı Saleh Məmmədov bu il istismara verilməsi nəzərdə tutulan və Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisinin gedişatı ilə də maraqlanıb.

Hazırda yolun layihələndirilməsi ilə paralel olaraq, torpaq yatağının və 1 avtomobil körpüsünün inşası davam etdirilir.

Laçın rayonu ərazisində baxış keçirilən növbəti mühüm yol infrastrukturu layihəsi Xudafərin-Qubadlı-Laçın avtomobil yoludur. Qubadlı-Laçın istiqamətində 45 km-lik, Xanlıq istiqamətində isə 14 km-lik hissədə torpaq yatağının, körpülərin tikintisi və asfaltlanma işləri icra olunur.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir.

Layihənin icra vəzityyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin sədrinə məlumat verilib ki, yol boyu torpaq yatağının, boru və keçidlərin, tunel və körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə davam etdirilir.
Saleh Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin