Son 3 ayda 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənildi

Hazırda oxunan: Son 3 ayda 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənildi

70197

2022-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, onlardan 413 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34% və ya 50 mln. manat çox olmaqla 197 mln. manat, təqaüd ödənişləri üçün 26% və ya 28 mln. manat çox olmaqla 132 mln. manat sərf edilib.
Son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem üzərindən proaktiv təyinatı sistemləri işə salınıb.

2022-ci ilin ilk rübündə 110,1 min, ümumilikdə ötən dövrdə 330,9 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin